Coğrafiya fənni üzrə intellektual yarış keçirildi

Coğrafiya müəllimi Abdinov Fəridin rəhbərliyi ilə 8-ci sinif şagirdləri arasında coğrafiya fənni üzrə intellektual yarış keçirildi.Yarışın keçirilməsində məqsəd şagirdlərin coğrafiya fənni üzrə bilik, bacarıq və dünya görüşlərini daha da yüksəltmək , intellektual səviyyələrini artırmaq idi. Yarışda şagirdlərə 15 sual təqdim olundu. Yarış zamanı 8b sinfi 1-ci yer, 8ç sinfi 2-ci yer, 8a sinfi isə 3-cü yerə çıxdılar. Qalib komandalar diplomla mükafatlandırıldı.