“Mənim gündəliyim” müsabiqəsinin qalibləri təltif olunub

“Mənim gündəliyim” müsabiqəsinin qalibləri təltif olunub.Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsində qalib gəlmiş şagirdləri təbrik edərək hər birinə uğurlar arzulayıb. Şagirdlərin dünyagörüşünün, biliyinin və mənəvi aləminin zənginləşməsində mütaliənin rolunun əvəzsiz olduğunu deyən İdarə müdiri bu baxımdan “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsinin məktəbliləri mütaliəyə həvəsləndirdiyini, cəmiyyətdə kitaba olan marağın artırılmasına xidmət etdiyini nəzərə çatdırıb.
Daha sonra müsabiqədə I, II və III yerə layiq görülən qaliblərə medallar təqdim olunub. Məktəbimizin 6b sinif şagirdi Kərimli Xədicə Kübra II yerə layiq görülərək diplom və hədiyyə ilə təltif edilmişdir. Onun bu uğurunu təbrik edir, nailiyyətlərinin davamlı olmasını arzu edirik.