STEAM layihəsi üzrə viktorina keçirildi

7ə sinfində STEAM layihəsi üzrə viktorina keçirildi. Yarışın keçirilməsində məqsəd şagirdlərin STEAM layihəsi üzrə bilik səviyyəsini yoxlamaq, biliklərini dahada yüksəltmək, STEAM layihəsinə olan maraqlarını artırmaq idi. Bilik yarışmasında 3 komanda “Aslanlar” , “Padişahlar” və “Turan” komandaları öz biliklərini sınadı. Sonda “Turan” və “Padişahlar” komandası bərabər olduqları üçün qalibi təyin etmək məqsədilə bonus sual təqdim olundu və qalib “Padişahlar” komandası oldu. Müəllimə onlara uğurlarının davamlı olmasını arzu etdi və digər komandalara da ruhdan düşməmələrini, daha da yüksək səviyyədə hazırlaşmaq lazım olduğunu bildirdi.