Sinif nümayəndələri ilə görüş

Sevda Əliyevanın təşkilatçılığı ilə V, VI, VII siniflərin nümayəndələri ilə sinfin idarə edilməsi, gündəlik davamiyyət, dərs intizamı, aylıq divar qəzetlərinin yazılması, sinif nümayəndələrinin qeydiyyat kitabçasının işlənməsi, eləcə də digər məsələlər barədə müzakirə aparıldı. Sevda müəllimin təlimatları və müvafiq tapşırıqları əsasında fəaliyyətlərini icra edən sinif nümayəndələri cari məsələlərin həyata keçirilməsindən danışdılar. O cümlədən çatışmazlıqlar qeyd edildi, işlərin səmərəli təşkili üçün təkliflər irəli sürüldü.