"Zərərli vərdişlərə birlikdə yox deyək!"

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F_ 305 nömrəli əmrinə əsasən "Zərərli vərdişlərə birlikdə yox deyək!" layihəsinin keçirilməsi məqsədi ilə 24.10.2022 ci tədris ilində məktəb psixoloqu Samirə Rzayeva məktəbin Vll-Xl sinif şagirdləri ilə "Narkomaniyaya və narkotiklərə yox!" adlı seminar təşkil etdi. Əmrə əsasən tədbirdə məktəbin 9a sinif şagirdi Mədinə Hüseynovanın təqdimatında "Psixotrop maddələrin insan sağlamlığına zərəri" adlı slayt təqdim olundu.Keçirilən tədbirin məqsəd şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı təhsil alanlar arasında təbliğat aparmaq,onları belə neqativ əməllərdən çəkindirmək idi.