Şəhid Qurbanəli Quluzadənin məzarı yad edildi

Məktəb rəhbərliyi 9 -cu sinif şagirdlərinin və sinif rəhbərinin iştirakı ilə Binə şəhidlər xiyabanı ziyarət olundu.Səhidlər xiyabanında uyuyan məktəbimizin iki məzunu Şəhid Cəmil Səlimov və bu gün anım günü qeyd olunan Qurbanəli Quluzadənin məzarı ziyarət edilərək güllər qoyuldu. Sonra 9 - cu sinif şagirdləri vətən qəhrəmanlarına həsr olunmuş şeirlər söylənildi. Şəhidin valideynləri kənd bələdiyyəsi şəhidin şücaətli qəhrəmanlıq yoluna nəzər saldı.Sonra məktəbimizdə təhsil alanlar bütün Binə şəhidlərinin məzarı üstə güllər qoyaraq onların əbədi xatirəsini yad etdilər.