“18 oktyabr müstəqilliyimizdir” mövzusunda dəyirmi masa keçirildi

 "Müstəqilliyin Bərpası günü" ilə əlaqədar məktəbimizdə “18 oktyabr müstəqilliyimizdir” mövzusunda dəyirmi masa keçirilmişdir. Coğrafiya müəllimi Abdinov Fərid 9ç sinfi ilə birlikdə müstəqillik uğrunda xalqın mübarizəsindən, keçdiyi şanlı tarixdən bəhs etmişdir. Şagirdlər öz biliklərini nümayiş etdirərək baş vermiş tarixi hadisələrin əhəmiyyətini izah etmiş, bu uğurda xidmətləri olan tarixi şəxsiyyətlərdən və xalqımızın əzmkar mübarizəsindən danışmışdır. “Bir kərə yüksələn bayraq, bir daha enməz!” şüarı altında bir daha vurğulanmışdır ki, müstəqilliyimiz əbədidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi