Coğrafiya fənni üzrə VI-XI siniflərdə nəzarət yoxlama yazı işləri aparıldı

Şagirdlərin bilik və bacarıqlara yiyələnmə səviyyəsini müəyyənləşdirmək,onlarda bu inkişaf dinamikasını izləmək məqsədi ilə bu ilin,yəni 2022-2023-cü tədris ilinin oktyabr ayı ”Coğrafiya ayı“ elan edilmişdir. Bununla əlaqədar olaraq VI-XI siniflərdə nəzarət yoxlama yazı işləri aparılmış,şagirdlərə təfəkkürün inkişafına yönəlmiş açıq suallar təqdim edilmişdir.Hər bir şagird fərdi şəkildə qiymətləndirilərək mənimsəmə səviyyəsi nəzərə alınmaq şərti ilə onların fərdi bacarıqlarına uyğun təlim strategiyası müəyyənləşdirilmişdir.