27 sentyabr Anım günü

27 sentyabr 2022-ci il tarixində Azərbaycanın hər yerində Vətən müharibəsində iştirak edən və şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi yad edildi. Xəzər rayonu 121nömrəli tam orta məktəbdə də Anım günü qeyd olundu. Vətən müharibəsində iştirak edərək, torpaqlarımızın azad olunmasında rəşadət göstərmiş məktəbimizin məzunları qəhrəman oğullarımız-qazilərimiz Qurbanzadə İmran Elşən oğlu, Bünyadzadə Samir , eləcə də şəhid Qurbanzadə Qurbanəli Elşad oğlunun valideynləri də məktəbə dəvət olunmuşdular.
Şagirdlərimiz vətən-qəhrəmanlıq mövzusunda şeirlər söylədilər.
Şəhidlərimizin ruhu sükutla yad edildi.
Biz igid oğullarımızla fəxr edir, qürur hissi keçirdirik, onların ruhu qarşısında baş əyirik və sonda bir daha bütün səsimizlə dünyaya bəyan edirik ki, "Qarabağ Azərbaycandır"