Ceyhun Hacıbəyli - 125

19.11.2016-cı il tarixdə 121 N-li tam orta məktəbdə “Ceyhun Hacıbəyli haqqında nə bilirik” mövzusunda dəyirmi masa keçirildi.Tədbirdə Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşmə sədri Səlimova Əzizə ,müəllimlərdən :Məmmədov Rzaqulu Məsum oğlu,Vəliyeva Məhsəti , Vll,Vlll və X sinif şagirdlərindən bir qrupu iştirak etdi.İlk olaraq tədbir iştirakçıları Ceyhun Hacıbəylinin həyatıvə yaradıcılığı ilə bağlı slaydla tanış oldular.Rzaqulu Məmmədov və Əzizə Səlimova Azərbaycan mədəniyyəti tarixində böyük rolu olan üç şəxs: Üzeyir,Zülfüqar və Ceyhun Hacıbəyli qardaşları haqqında öz fikirlərini şagirdlərlə bölüşdülər.Şagirdlər də öz növbəsində mövzu ilə əlaqədar maraqlı fikir mübadiləsi apardılar.Bu mənada İsazadə Həmidə,Bayramlı Arzu kimi şagirdlərin hazırladıqları təqdimatlar çox maraqlı idi.Tədbirdə Ceyhun Hacıbəylinin uşaqlıq, tələbəlik illəri,cümhuriyyət dövrü bir siyasi xadim kimi fəaliyyəti işıqlandırıldı,ədəbi bədii yaradıcılığına aid müxtəlif nümunələr göstərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi