15 Sentyabr Bilik günü qeyd edildi.

Hər il olduğu kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əmr və tapşıqlarını əsas tutaraq bilik günü qeyd edildi. İlk öncə Azərbaycan Rspublikasınin Dövlət Himni səsləndi.Tədbiri Açıq elan edən Tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova pedaqoji kollektivi şagird heyyətinin və valideyinləri salamladı.Sonra vətənin azadlığı, bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edildi.Elnarə Kərimova çıxış üçün sözü məktəbin direktoru Zaur Rzayevə verdi.Zaur müəllim hər bir müəllimə əmək fəailyyətində uğurlar arzu edərək hər bir şagirdin təhsil alması üçün dövlət qayğısından və məktəb rəhbərliyinin daim valideyin şagird məktəb üçbucağının yüksək səviyyədə çalışması üçün səy göstərdiyini bildirdi.Sonra isə söz məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Həmişəxanım Bayramovaya verildi. Dərs hissə müdiri 2022-2023 -cu tədris ilində təlim keyfiyyətlinin daha yüksək olması barədə çıxış etdi. İki növbəli dərs saatlarının başlaması və bitməsi barədə valideynlərə məlumat verildi.