Təhsilverənlərin sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimimiz cənab nazir tərəfindən mükafatlandı

Sentyabrın 9-da Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin hesabat tədbiri keçirilib.Elm və təhsil naziri Emin Əmrullayev bu il ilk dəfə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlərə sertifikatlarını təqdim edib. Nazir müəllimlərə əldə etdikləri nəticəyə görə öz təşəkkürünü bildirib.
Çox sevindirici haldır ki,bizim məktəbin müəllimi Əhmədova Gülüs də həmin müəllimlər arasında olub.
Biz də Gülüs müəllimə uğurlar arzu edirik.