Psixoloq gənc müəllim heyyəti ilə dəyirmi masa keçirdi

08.09.22 ci il tarixində məktəbimizin psixoloqu Samirə Rzayeva məktəbin gənc müəllim heyyəti ilə dəyirmi masa keçirmişdir .Psixoloq, müəllimlərə bir sıra psixolojı tövsiyyələr verdi.O bildirdi ki , müəllim ayrı - ayrı yaş dövürlərində uşaq psixikasının, şəxsiyyətin inkişaf qanunauyğunluqlarını ,özünə məxsus xüsusiyyətlərini onların təlim və tərbiyə etməyin psixoloji qanuna uyğunluqlarını, təlim və tərbiyənin uşaq şəxsiyyətinin və psixikasının inkişafına təsirini proqnozlaşdırmağı bacarmalı və düzgün davranış formalaşdırmalıdır.
Müəllim gənc nəsilə ictimai təcrübəni mənimsədən və onu həyata keçirməyi öyrədən şəxsdir. Cəmiyyətin inkişafında müəllimin rolu əhəmiyyətli və əvəz edilməzdir.
Sonda psixoluq yeni dərs ilində müəllimlərə müvəffəqiyyətlər arzu etmişdir.