Gənc müəllimlərə hami təyin olunması

Gənc müəllimlər peşənin gələcəyidir. Vətəndaş yetişdirən gələcəyin qurucuları ilə iclasın keçirilməsi onlar arasında əməkdaşlıq və yaradıcılıq fəaliyyətinin gücləndirilməsi məqsədi güdür. Müzakirədə gənc müəllimlərin peşə fəaliyyətində daim yeniliyə, yeni innovasiyalardan istifadə etməyə və bu prosesdə təcrübəli müəllimlərin bilik və peşə fəaliyyətlərindən yararlanmaları tövsiyə edildi.”İnklüziv və ədalətli keyfiyyətli təhsil” üçün günü-gündən işləməyə davam edən və hamı üçün ömürboyu öyrənən müəllimlərə hami təyin edilməsi onların işinin daha da asanlaşdırılması və bu çətin, şərəfli yolda həvəslə çalışmalarını təmin etmək üçün nəzərdə tutulmuşdur.