Sertifikasiya imtahanının birinci mərhələsi

Bildiyimiz kimi Avqustun 30-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanıldı.
Sertifikatlaşdırma prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb edilib.
Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilmiş, hər düzgün cavab 1 balla qiymətləndirilmişdi. Bu mərhələnin nəticələri üzrə imtahanda iştirak edən müəllimlərmiz yüksək nəticələr əldə etmişdir. müəllimlərimizin nəticələri:
Gülüs Əhmədova 60 bal
Zülfiyyə Əliyeva 59 bal
Vüsalə Məmmədova 58 bal
Zəkiyyə Çələbiyeva 58 bal
Sevda İsmayılova 55 bal
Könül Mürsəlova 54 bal
Aytəkin Məmmədova 52 bal
Kəklik Həsənova 51 bal
. Bu gün təhsilin modernləşdirilməsi prosesinin mərkəzi fiquru müəllimdir, təhsilin keyfiyyəti məhz ondan asılıdır. Məktəbə qədəm qoyan fidanlarımıza elm öyrədənlərin göstərdikləri yüksək nəticələr gələcəkdə təhsilimizdə doğacaq günəşdən xəbər verir.