Yaradıcı şagirdlərimiz
11 aprel 2015-ci il tarixdə Bakı şəhər məktəbliləri arasında “Kosmonavtika günü” nə həsr olunmuş maket və robotlar üzrə yaradıcılıq müsabiqəsində Xəzər rayonu Binə qəsəbəsi 121 №li tam orta məktəbdə 38№li Texniki Yaradıcılıq Mərkəzinin təşkil etdiyi dərnəyin üzvləri – VIII sinif şagirdləri Cəfərov Mübah Natiq oğlu və Əliyev Elnur Zabil oğluda iştirak etmişdir. Müsabiqənin nəticələrinə görə Cəfərov Mübah Natiq oğlu II yerə layiq olduğu üçün Bakı şəhəri Təhsil idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Əliyev Elnur Zabil oğlu isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı fondu, Bakı şəhəri üzrə Təhsil idarəsi və TUSİ-BOHM Planetariumun birgə imzaladığı Sertifikatla və hədiyyələrlə təltif olunmuşlar. 16 aprel 2015-ci il tarixdə 121 №li məktəbin akt zalında həmin qaliblər məktəb və texniki yaradıcılıq mərkəzinin rəhbərlərinin iştirakı ilə şagirdlər qarşısında hədiyyələrlə təltif olunmuşlar.