VII məktəblərarası fənn müsabiqəsində Bürünc medal ilə təltif olunan şagirdimiz

İyunun 22-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilmiş VII məktəblərarası fənn müsabiqəsi layihəsində iştirak edən 6a sinif şagirdi Aşumov Ziya Aydın oğlu İnformatika fənni üzrə 3-cü yer tutaraq Bürünc medalla təltif olunmuşdur. Ziyanın bu uğurunda İnformatika müəllimi Əliyeva Nərmin müəllimənin böyük dəstəyi və köməkliyi olmuşdur.
Şagirdimizi və müəllimimizi təbrik edir və bundan sonraki layihələrdə uğurlarının ardının gəlməsini arzulayırıq.