"Su ehtiyatlarından səmərəli istifadə" mövzusunda dəyirmi masa

    "Su ehtiyatlarından səmərəli istifadə" mövzusunda məktəbin biologiya müəllimi Sevil Cəfərova 9A  sinfinin şagirdləri ilə dəyirmi masa keçirmişdir. İçməli və sənaye su anlayışının fərqləndirilməsi və ondan səmərəli və ehtiyatlı istifadə problemləri müzakirə edilib. Müasir dünyada əsas qlobal problemlərdən biri mövcud ehtiyatları əhəmiyyətli dərəcədə azaldan şirin suyun çirklənməsidir. Bu çirklənmənin bir sıra səbəbləri var. Əhalinin sayının artması, sənayenin və kənd təsərrüfatının inkişafı ilə şirin suya ehtiyac kəskin şəkildə artır. Son onilliklərdə dünyanın bir çox bölgəsində su çatışmazlığı hiss olunur. Su ehtiyatlarının kəmiyyətcə və keyfiyyətcə tükənməsi prosesi gedir, bu da keyfiyyətsiz suyun istifadəsi ilə əlaqədar əhalinin xəstəlik hallarının artmasına səbəb olur və iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının su tələb edən sənaye sahələrinin inkişafında səbəb olur. “Sudan səmərəli istifadə” haqqında tədris proqramı üzrə məktəblilərə və pedaqoji heyətə təlimlər keçirilir, ekoklub üzvləri ekologiyanın əsaslarını öyrənməklə su resurslarının davamlı istifadəsi sahəsində xüsusi bilik və bacarıqlara yiyələnirlər.

Eyni zamanda içməli və sənaye su anlayışının fərqləndirilməsi və ondan səmərəli və ehtiyatlı istifadə problemləri müzakirə edilib.https://cagir.az/az/blog/evde-suya-nece-qenaet-etmek-olar/42

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi