Türkün dili tək sevgili, istəkli dil olmaz...” adlı oxu müsabiqəsi

Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimləri tərəfindən “Türkün dili tək sevgili, istəkli dil olmaz...” adlı oxu müsabiqəsi həyata keçirilmişdir. Müsabiqədə müasir əsərlərlə yanaşı klassik ədəbiyyat nümunələrinə də yer verildi. Müsabiqədə iştirak edən şagirdlər ədəbi normalara uyğun oxu və nitq fasilələrindən düzgün istifadə etmələrinə görə fərqləndirildi və həmin iştirakçılara təşəkkürnamələr verildi.