28 May Respublika gününə həsr olunmuş tədbir keçirildi

Paytaxtın Xəzər rayonu Ə.Quliyev adına tam orta məktəbin 1g sinfində 28 May Respublika gününə həsr olunmuş tədbir keçirildi.Bayramsayağı bəzədilmiş sinif otağında keçirdiyimiz tədbirdə məktəbimizin direkor müavini Xanlarova Tahirə müəllim və başqa müəllimlər də iştirak etdi .
Tədbirdə şagirdlər Vətənimiz Azərbaycan haqqında çoxlu mahnılar oxudu ,şeirlər söylədilər .Şəhidlərimizi yad etdilər .Respublika gününə aid gözəl rəsmlər də nümayiş etdirdilər .
Sonda direktor müavini şagirdlərə öz ürək sözlərini bildirdi .O şagirdlərə Xalq Cümhuriyyətinin varisi olan bugünki müstəqil dövlətimizin layiqli vətəndaşları olmalarını arzuladı .