“ 28 MAY –Müstəqillik tariximizdir” adlı “Dəyirmi masa”

27 may 2022-ci il  tarixdə  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyinə  həsr olunmuş  “ 28 MAY –Müstəqillik  tariximizdir” adlı  “Dəyirmi  masa”  keçirildi. Masada Təlim və Tərbiyə işləri üzrə  direktor müavini  Həməşəxanım  Bayramova, tarix  metodbirləşmə  sədri  Vəsilə Əliyeva , tarix  müəllimi Şahnaz Dadaşova və IX – XI  sinif şagirdləri  iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Şahnaz Dadaşova tədbiri giriş sözü ilə açaraq Müstəqillik  günü münasibəti ilə  müəllim və şagirdləri  təbrik etdi, hər kəsə müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində uğurlar dilədi.  Bildirdi ki, xalqımız 28 May Müstəqillik  Gününü hər il böyük təntənə ilə qeyd edir. Çünki,   1918-ci il mayın 28-də yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxıb. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi idi.. Lakin beynəlxalq aləmdə yaranmış gərginlik, Şimalda yaranmış təhlükə nəticəsində Demokratik Respublika uzun müddət fəaliyyət göstərə bilmədi. 1920-ci il aprelin 28-də Sovet Rusiyası tərəfindən süquta uğradıldı. 23 aylıq mövcudluğu dövründə cümhuriyyət xalqımızda istiqlal və suverenlik duyğularını gücləndirdi.   Ərazi  bütövlüyümüz  ,Azərbaycan Milli ordusunun  yaradılması  haqqında məlumat verərək , sözü Həməşəxanım Bayramovaya  verdi. O, şagirdlərə  AXC-nin fəaliyyətinin  öyrənilməsində tarixi  mənbələrin və  tarixi şəxsiyyətlərin rolu  haqqında danışdı. Vəsilə Əliyeva  Əlimərdan bəy Topçubaşovun  rəhbərliyi  altında  Azərbaycan nümayəndı heyətinin  Paris sülh  konfrasında müstəqilliyinin  de-fakto  taninmasını   cümhuriyyətin  xarici  siyasətdəki uğuru adlandırdı.  IX – XI  sinif  şagirdləri iqtisadi , siyasi , mədəni quruculuq  sahəsində görülən  tədbirləri geniş  şərh etdilər. IX a  sinif  şagirdlərinin  hazırladıqları  slayd və video- çarxlar  nümayiş etdirildi. Azərbaycan Respublikası  Azərbaycan Xalq Cümhuriyyətinin qanuni  varisidir  və Məhəmməd Əmin Rəsulzadənin  dediyi kimi : “ Bir kərə  yüksələn  bayraq ,bir daha enməz! ”.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi