“ Say sistemləri” mövzusunda açıq dərs təşkil edildi.

23.05.2022-ci il tarixində Riyaziyyat və informatika müəllimi Zəbiyeva Vəsilə tərəfindən 7b sinfində “ Say sistemləri” mövzusunda açıq dərs təşkil edildi. Dərsin məqsədi onluq ədədlərin müxtəlif say sistemlərinə çevirmək üçün
proqram tərtib etmək və say sistemləri haqqında bilikləri möhkəmləndirməkdən ibarət idi. Dərs mövzu ilə əlaqədar olaraq video çarx və təqdimat nümayişi ilə başladı. Təqdimat əsasında şagirdlərlə birlikdə açıq dərsin mövzusu müəyyənləşdirildi. Şagirdlərin fikirləri dinlənildi. Dərs prosesində müəllim-şagird, şagird-şagird münasibəti yaradıldı. Dərsin izahından sonra isə şagirdlər kompüter arxasına keçərək mövzu ilə bağlı platfotmada yerləşən tapşırıqları yerinə yetirdilər.