Konfrans keçirildi

19 may tarixində "Zəfər tarixi"nə həsr olunmuş "Qələbəyə gedən yollar" adlı konfrans keçirildi.Konfransda məktəbin təlim tərbiyə işləri üzrə Direktor müavini Həmişəxanım Bayramova, Hərbi rəhbər, II Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Müdafiə Nazirliyinin ehtiyyatda olan zabiti polkovnik Seymur Bilalov, təşkilat işləri üzrə direktor müavini Elnarə Kərimova, tarix m/b sədri Vəsilə Əliyeva, tarix müəllimi Şahnaz Dadaşova və IX sinif şagirdləri iştirak edirdi.Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Konfransı giriş sözü ilə açan tarix m/b sədri Vəsilə Əliyeva sözü Seymur Bilalova verdi.Qazi keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verərək şagirdlərin suallarını da cavablandırdı. Konfransda iştirak edən müəllimlər şagirdlərə vətənpərvərlik ruhunun aşılanmasında IX sıniflərdə "Zəfər tarixi" dərsliyinin tədris olunmasının əhəmiyyətindən danışdılar.Şagirdlərin hazırladıqları videoçarxlar, slaydlar,işğaldan azad olunan rayonlar, Milli Qəhrəmanlar və məktəbimizin şəhidləri haqqında geniş məlumatları təqdim olundu. Sonda konfrans iştirakçıları şəhidlərin ruhunu ehtiramla yad edərək onlara Allahdan rəhmət dilədilər.