Dəyirmi masa keçirildi

10.05.2022-ci il tarixində Tamam Musayeva tərəfindən Heydər Əliyevə həsr edilmiş” Hamımızın günəşi” adlı “Dəyirmi masa” keçirildi. Dəyirmi masa dövlət himni sədaları altında başladı. Ulu öndər Heydər Əliyevin xalqımızın tarixində qoyduğu iz , dahi siyasətçinin əzmkarlığı, gördüyü işlər haqqında geniş məlumat verildi, şeirlər səsləndirildi. Dəyirmi masanın sonunda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.