“9 May Qələbə Günü” adlı “Dəyirmi masa” keçirildi

07.06.2022-ci ildə tarix müəllimi Nadir İmanverdiyev tərəfindən Böyük Vətən müharibəsinin 77 illiyinə həsr edilmiş “9 May Qələbə Günü” adlı “Dəyirmi masa” keçirildi. “Dəyirmi masa”da Böyük Vətən müharibəsində qəhrəmanlarımızın göstərdiyi hünər və rəşadətdən danışıldı. Şagirdlər faşizm üzərində tarixi qələbənin qazanılmasında böyük rolu olan Azərbaycan xalqının birliyi, arxa və ön cəbhədə göstərdikləri şücaətlərdən bəhs etdilər.