“Əziz Şuşa, sən azadsan!” şeir müsabiqəsi keçirildi

V-IX sinif şagirdləri arasında 29 aprel 2022-ci il tarixində Azərbaycanın dilbər guşəsi olan ecazkar gözəlliyi, füsunkar təbiətilə hər kəsi riqqətə gətirən, vətənimizin mədəniyyət paytaxtı elan edilmiş Şuşaya həsr olunmuş “Əziz Şuşa, sən azadsan!” şeir müsabiqəsi keçirilmişdir. Vətənimizə sevgi aşılamaq, vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət edən bu yarışmada şagirdlərimiz Şuşanı, Qarabağı tərənnüm edən şeirlər söylədilər.

 Müsabiqədə iştirak edən şagirdlərin bəziləri isə öz yazdıqları şeirlə çıxış etdilər. Belə şagirdlərdən biri VIId sinif şagirdi Əhədov Təbriz II yerə, Vb sinif şagirdi Kərimli Zülfüqar, III yerə isə VIb sinif şagirdi Nağıyeva Nazilə layiq görüldü.

 Qalib gələn şagirdlər arasından I, II, III, yerə layiq görülənlərlə yanaşı,  fərqlənən şagirdlərə də mükafatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi