”Творчество А.С.Пушкина” mövzusunda dəyirmi masa

29 aprel tarixində rus dili fənnindən ”Творчество А.С.Пушкина” mövzusunda dəyirmi masa keçirildi .Tədbirdə 5a sinfinin şagirdləri iştirak etdilər. Rus dili müəllimi  Aynur İsmayılova  A.S.Puşkinin həyatı və yaradıcılığı  haqqında geniş məlumat verdi. Qeyd olundu ki, A.S.Puşkin  dahi rus şairi, dramaturq , XIX  əsr rus ədəbiyyatının  ən nüfuzlu  ədəbi simalarından biri olub,o,rus  ədəbi dilinin banisi hesab  olunur.Onun yaradıcılığı Azərbaycan  mütəfəkkirləri , alimləri və şairləri tərəfindən öyrənilib, əsərləri azərbaycan dilinə tərcümə olunmuşdur. Bakının mərkəzində 

A.S.Puşkinin  abidəsi ucaldılmış ,ən geniş küçələrdən biri  isə onun adını daşıyır. Tədbirdə şagirdlər  rus dilində şairin  əsərlərini səsləndirdilər  və A.S.Puşkinin  nağıllarının əsasında  çəkilmiş filmlərdən fraqmentləri izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi