Bayrağımız - qürur mənbəyimizdir

Məktəbdə Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş , “Mənim bayrağım ən gözəl bayraqdır” mövzusunda V-VIII siniflər arasında rəsm müsabiqəsi və rəsm sərgisi təşkil olunmuşdur.Müsabiqənin qalibi, VIId sinif şagirdi Rəcəbova Lamiyə məktəb rəhbərliyi tərəfindən rəğbətləndirilmişdir.4 noyabr.2016- cı il tarixində “ Bir kərə yüksələn bayraq bir daha enməz!”mövzusunda inşa yazı və bədii qiraət müsabiqələri keçirilmiş , inşa müsabiqəsində 10c sinif şagirdi Mövlüdlü Əflatun Qalib oğlu,9a sinif şagirdi Əliyeva Samirə Mübariz qızı,bədii qiraət üzrə Abbaslı Tənzilə Təmraz qızı I yerə laiq görülmüşdür.8 noyabr 2016- cı il tarixində I- IV və V-XI sinif şagirdlərinin,hazırladğı “Bayrağımız qürur mənbəyimizdir” başlığı altında ədəbi – bədii kompozisiya keçirilmişdir.