1-ci siniflər Fəxri xiyabanda

22.04.2022 –ci il tarixində məktəbin 1b sinfi  sinif rəhbərləri Mürsəlova Könül ilə birlikdə  I Fəxri xiyabanı ziyarət etdilər.Onlar əvvəlcə ulu öndər Heydər Əliyevin məzarını , daha sonra isə tanınmış şəxsiyyətlərin məzarlarını ziyarət etdilər. Öyrəndikləri şeir parçalarını müəlliflərin məzarları  üzərində səsləndirdilər.

Daha sonra isə II Fəxri xiyabana yollandılar.Burda yatan şəhidlərin məzarı üstünə çiçəklər qoyub onları yad etdilər.Xiyabanda kapitan Hətəmxan Quliyeva həsr olunmuş tədbirdə iştirak etdilər. Sonda xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi