"Günəş sistemi"mövzusunda"Dəyirmi masa"keçirildi

25.04.2022-ci il tarixində "Günəş sistemi"mövzusunda"Dəyirmi masa"keçirildi. Fizika müəllimi Şövkət Həsənova 7-ci sinif şagirdləri ilə birgə "Dəyirmi masa"-nı həyata keçirdi.İlk öncə "Günəş sistemi"haqqında məlumat verdi.O,qeyd etdi ki,Günəş sistemi-Qalaktika adlanan sisteminin toplanmasında təşkil olunmuş "Süd yolu"nun bir hissəsidir.Günəş sisteminin mərkəzində onun ən böyük obyekti olan Günəş yerləşir.O,qızmar kürə şəkilli ulduzdur.Məhz onun güclü cazibə və planetlərin hərəkətlərini idarə etməsi nəticəsində Günəş sistemi mövcuddur.Şagirdlər ayrı-ayrılıqda Günəş,ətrafinda firlanan böyük planetlər ve onların peykləri,kiçik planetlər(Asteroidler),çoxlu sayda kometler,meteoritlər,xırda hissəciklər(meteorlar,kosmik tozlar)kimi fəza cisimləri haqqında məlumat verdilər.Həmçinin göy cisimləri Günəşdən olan məsafədə,onun ətrafında fırlanma sürətinə,sıxlıqına,ölçüsünə və kütləsinə görə bir-birindən fərqləndiyi söylənildi.Mövzu komputer vaistəsilə slaydlar şəklində göstərildi.Şagirdlər hər bir planetin foto şəklini çəkib boyunlarından asmış və həmin planet haqqında məlumat verdilər.