“Ədədi silsilənin ilk N həddinin cəmi düsturu” mövzusunda açıq dərs keçirildi

21.04.2022-ci il tarixində 9"C" sinfində riyaziyyat müəllimi Şaiq Ağayev “Ədədi silsilənin ilk N həddinin cəmi düsturu” mövzusunda açıq dərs keçirdi. Dərsin motivasiya mərhələsi kurikulum üsuluna uyğun olaraq təşkil edildi. Motivasiya mərhələsindən tədqiqat sualına çalışmalarla keçid edildi. Şagirdlərə tapşırıqlar verildi. Şagirdlər tapşırığı yerinə yetirdilər.Təqdimat etdilər. Sonda müəllim şagirdlərin biliyini meyarlar əsasında qiymətləndirdi.Qiymətləndirmə həm qrup, həm də fərdi şəkildə aparıldı.