19 Aprel məktəbimizdə Mülki müdafiə günüdür

Mülki müdafiə - dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.

Bununla bağlı 19.04.2022 – ci il tarixində məktəbimizdə Mülki müdafiə günü ilə əlaqədar müəyyən tədbirlər planı həyata keçirildi.     MM Qərargah Rəisi Həməşəxanım Bayramova və sinif rəhbərləri, ibtidai sinif müəllimləri ilə birgə seminar və məşğələlər keçirildi.Keçirilən tədbirlər planina əsasən MM Qərargah Rəisi Həməşəxanım Bayramova şagirdlərə fövqəladə hallarının qarşısının alınması və nəticələrin aradan qaldırılması, baş verə biləcək fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə vərdişlərin aşılanması haqqında məlumat verdi.Həmçinin fövqaladə hallar zamanı məktəbin təxliyyə planına əsasən şagirdlərin hansı çıxışlardan necə çıxması və necə davranmaları haqqında məlumat verdi.

Həməşəxanım Bayramova mövzu ilə əlaqədar qeyd etdi ki,  təbii və texnogen xarakterli fəlakətlərin qarşısında aciz qalmamaq üçün fövqəladə hallarda hər bir şagird özünə və başqalarına ilkin yardım etməyi bacarmalıdır.

Tədbirdə həmçinin mövzulara aid  fotoslaydlar  da nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi