Gənc müəllimimiz “Yaradıcı müəllim” müsabiqəsinin mükafatlandırılma tədbirində

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.Məktəbimizin İnformatika müəllimi İlahə Nəcəfzadə yarışın qalibləri sırasında idi. 

Mükafatlandırılma mərasimində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Azərbaycan Gənc Müəllimlər Assosasiyasının sədri Rüfət Əsədzadə, Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb rəhbərləri və müəllimlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsilimizin inkişafı üçün qabaqcıl təcrübəyə malik, istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac olduğunu söyləyib. Bildirib ki, sürətlə dəyişən dövr müəllimdən yeni axtarışlar, ideyalar, yeni yanaşmalar, yenilikçi təşəbbüslər tələb edir.

Qalib gələn müəllimləri təbrik edirik. İlahə müəllimənin uğur və nailiyyərlərinə sevinir, pedaqoji fəaliyyətində daim yenilikçi olmağı arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi