"Balıqlar" mövzusunda nümunəvi dərs

Nümunəvi dərsimiz 7 B sinfində davam etdi. Biologiya müəllimi Turan Məcidovanın təqdimatında "Balıqlar" mövzusunu dinlədik. Dərs çox maraqlı, rəngarəng qurulmuşdu. Müəllim standartların tələbinə uyğun olaraq balıq üzərində əməliyyat apararaq canlı şəkildə balığın daxili orqanlarını və xarici quruluşunu şagirdlərə izah etdi. Şagirdlərin balıqlar haqqında bildiklərini, bilmək istədiklərini BİBÖ cədvəlində , dərs prosesi zamanı öyrəndiklərini refleksiya olaraq baamboozle Veb aləti ilə nümayiş etdirdi. Şagirdlərin qrup işləri meyarlara uyğun və fərdi olaraq formativ qiymətləndirmənin səviyyələrinə uyğun qiymətləndirildi. Müəllimimizin bu təcrübəsi, fəaliyyəti müzakirə edilərək fənn müəllimləri və məktəb rəhbərliyi tərəfindən qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi