Anar “Keçən ilin son gecəsi” açıq dərs keçirildi

Açıq dərsdə əsas məqsəd şagirdlərdə əsərin əsas ideyasını müəyyənləşdirmək, mövzuya, problemə tənqidi münasibətini əsasladırmaq, fərqli fikirlərə dözümlülük nümayiş etdirmək kimi bilik və bacarıqlar formalaşdırmaq idi. Dərs əvvəlcə ev tapşırığının yoxlanılması ilə başlandı. Əsərin mövzusu ilə əvvəlki dərsdə tanış olan şagirdlərin əsərin mövzusuna aid yazdıqları təqdimatlar dinlənildi. Yeni dərsin motivasiya mərhələsində “Keçən ilin son gecəsi”filmindən ananın tənha qaldığı səhnə nümayiş etdirildi. Daha sonra müəllim: Sizcə, övladların öz valideynlərini tənha qoyması doğrudurmu? - sualı ilə sinfə müraciət etdi,Qruplara bölünmüş şagirdlər verilən suala müxtəlif cavablar səsləndirdilər. Beləliklə, şagirdlər öz fikirlərini digər qrupla qarşılıqlı əməkdaşlıq şəraitində bölüşdülər. Toplanılan fikirlər şagirdlər tərəfindən müzakirə edildi. Müəllim müzakirə zamanı şagirdlərə istiqamətverici suallar verməklə şagirdlərin əsərin ideyasını dəqiqləşdirilməsinə köməklik etdi.
Qruplar öz fikirlərini təqdimat şəklində təqdim etdilər. Səslənmiş fikirlər əlaqələndirildi və sistemə salındı. Şagirdlər müzakirənin sonunda belə bir nəticəyə gəldilər ki, varisliyin qorunub saxlanılması, yaxşı nə varsa yaşadılması zəruridir. “Keçən ilin son gecəsi”əsərində yaşlı və gənc nəsli qarşılaşdırılmaqla həyat həqiqətlərinin əks etdirildiyi qənaətinə gələn şagirdlər varisliyin, bağlılığın və ardıcıllığın qorunub saxlanılmasının əsas şərt olduğu fikrini irəli sürdülər. Dərsin əvvəlində irəli sürülən “Gənc nəsil yaşlı nəsildən nələri öyrənib yaşatmalıdır? ”sualı nəticə mərhələsində öz cavabını tapdı. Dərsin sonunda şagirdlər qiymətləndirmə standartlarına uyğun olaraq qiymətləndirildi. Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırlatdı.
Ümumiyyətlə dərs fəal dərsin tələblərinə uyğun təşkil edilmişdi. , Qrupla iş formasından, debat, müzakirə kimi iş üsullarından istifadə edildi. Şagirdlər bir-biriləri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərdilər. Dərslə bağlı qarşıya qoyulmuş məqsəd-2.2.1 standartı reallaşdırıldı.
Dərsdən sonra dərsi dinləyən müəllimlər keçirilmiş dərsi təhlil etdilər. Müəllimə öz təklif və fikirlərini bildirdilər.Açıq dərs müəllimlər tərəfindən qiymətləndirildi.