Şagirdlərin Konstitusiya haqqında bilikləri yoxlanılır

2 noyabr 2016-cı il tarixdə Müstəqil Azərbaycan Respublikası Konstitusiyası haqqındabiliklərin şagirdlər tərəfindən mənimsənilməsini yoxlamaq məqsədilə Konstitusiya Məhkəməsinin əməkdaşları test imtahanı keçirdilər. Test imtahanında Binə qəsəbəsi 136,149 və 121 nömrəliməktəblərin 10-cu sinif şagirdləri iştirak edirdi.İmtahan 50 sualı əhatə etməklə bir saatmüddətində keçirildi.Test imtahanının keçirilməsində Konstitusiya Məhkəməsinindörd əməkdaşı ilə birgə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Adil Əliyev,Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi Çərkəz Nəsirov iştirak edirdi.Nəticələr bir həftə müddətində elan olunduqdan sonra, qalib şagirdlər mükafatlandırılacaqlar.