"Təhlükəsizlik: internet fırıldaqçılığı" adlı Nümunəvi Dərs

İnformatika fənninin yeni tədris üsulu Rəqəmsal Bacarıqlar fənnidir. Məktəbimizdə bu fənn 2-7 -ci siniflər üzrə tədris olunur. Müəllimlər və şagirdlər bu fənnə xüsusi diqqət edirlər. Gələcəyin ən vacib tələbi İKT bacarıqlarını bilməkdir. Bu gün bu tələbi qarşılamaq üçün Rəqəmsal Bacarıqların tədrisi mühüm yer tutur. Məktəbin Rəqəmsal Bacarıqlar fənnini tədris edən Xəyalə Abbasova 5-ci siniflərdə "Təhlükəsizlik: internet fırıldaqçılığı" adlı Nümunəvi Dərs keçdi. Şagirdlər təhlükəsiz şifrələr qoymağı, internetdən doğru istifadə etməyi, internet fırıldaqçılığı nədir və ondan necə mühafizə olunmağı öyrəndilər. Dərs interaktiv , maraqlı  və standartlara uyğun təşkil olunmuşdu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi