STEAM dərsi

STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. STEAM layihəsinin əsas məqsədi - şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.

Məktəbimizdə bu fənni tədris edən Nəcəfzadə İlahə İsraeldə təşkil olunmuş STEAM  təlimlərində iştirak edərək birinci dərəcəli sertifikat əldə etmişdir, hal hazırda  Steam üzrə mütəxəssisdir.  VI siniflər üzrə 2021-2022-ci tədris ilində STEAM fənni məktəbimizdə tədris olunmağa başlamışdır.  Steam dərsləri şagirdlər tərəfindən çox maraq və həvəslə mənimsənilir. Bu günki dərsi  Xəyalə Abbasova və İlahə Nəcəfzadə həyatyanı sahədə fərqli formada tədris etdilər. Dərs zamanı məktəbin direktoru Akif Abdullayev STEAM dərsinin uşaqlar tərəfindən necə mənimsənildiyini görmək məqsədi ilə iştirak etdi. Direktor şagirdlərlə söhbət etdi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi