"Dəyirmi masa" keçirildi

31 mart tarixində "31 mart azərbaycanlıların soyqırımı"nın 104-cü il dönümünə həsr olunmuş "Dəyirmi masa" keçirildi. Masada tarix müəllimi Vəsilə Əliyeva və X sinif şagirdləri iştirak edirdi.Şagirdlər 1918-ci ildə Azərbaycanda bolşevik-daşnak qüvvələrinin törətdikləri soyqırım, günahsız insanların işgəncələrə məruz qalması, vəhşicəsinə qətlə yetirilməsi, Bakı Soveti rəhbərliyinin müsəlman-türk əhaliyə qarşı soyqırımı törətməkdə məqsədləri haqqında məlumat verdilər. Masada soyqırım zamanı və vətənimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edildi.