Novruz adət-ənənələri

16 mart 2022-ci il tarixində “Bahar çələngi” layihəsi çərçivəsində rus dili müəllimləri Təhminə İbrahimova və Vəfa Mövsümova 6b sinif şagirdləri ilə Novruz adət-ənənələrimizi əks etdirən tədbir keçirdilər. Bahar qızı qonaqları salamladı, yazın gəlişi münasibətilə hamını təbrik etdi. Qızlar, oğlanlar milli geyimdə rəqs etdilər. Novruz bayramının personajları Kosa, Keçəl ,Tənbəl tədbiri daha da rəngarəng etdilər: onlar yumurta döyüşdürdülər, məzəli söhbətlər etdilər. Şagirdlər rus dilində Novruz bayramına aid şeirlər söylədilər. Qızlar ispan rəqsi etdilər. Oğlanlar Cütcü rəqsini oynadılar. Sonda bütün uşaqlar “Yallı” rəqsini ifa etdilər. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Həmişəxanım Bayramova, təşkilatçı Elnarə Kərimova və UBR Sevda Əliyeva iştirak etdilər.
Tədbirin sonunda fəal iştirakçılar müdriyyət tərəfindən mükafatlandırıldılar.