“ Bahar xonçası”  adlı  “Dəyirmi  masa” keçirildi

“Bahar çələngi ” layihəsi  çərçivəsində   14 mart 2022-ci il tarixdə “ Bahar xonçası”  adlı  “Dəyirmi  masa ” keçirildi. Masanı   tarix müəllimi Şahnaz  Dadaşova  giriş  sözüylə açaraq  qədim milli bayramımız   Novruzun  yaranması səbəblərindən, bu bayram münasibətilə  xalq  arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu  qeyd etmişdir.

Masada  Təlim   Tərbiyə  işləri  üzrə  direktor  müavini  Həməşəxanım  Bayramova ,Tərbiyə işləri  üzrə  direktor  müavini  Elnarə  Kərimova , Uşaq Birliyi  rəhbəri  Sevda Əliyeva ,psixoloq  Samirə  Rzayeva , tarix metodbirləşmə  sədri  Vəsilə  Əliyeva  və  5c  sinif  şagirdləri  iştirak  etdilər.

Şagirdlər  Dilbər  və Dilarə Veyiszadələr, Adil  Əhədov, Alpər  Məmmədli , Əsmər Əhmədova  bahara , səməniyə  həsr edilmiş şeir  və mahnılar  səsləndirdilər. Minurə Yolçuzadə   Novruz bayramının YUNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən  mart ayının 21-nin "Beynəlxalq Novruz Günü" elan edilməsi haqqında məlumat verdi. Hüseyn  Babazadə   Mirzə Ələkbər  Sabirin  “ Cütçü”  şeirini, Ayan Mirzəzadə  , Aysu Əhədli  , Hədiqə Əhmədova , Yusif  İsmayılov , Ramin İmanlı  “ Bayram axşamlarında” mahnsını  xorla  ifa etdilər. Şagirdlər  papaq  atmaq, yumurta döyüşdürmək  kimi Novruz adətlərini həyata  keçirdilər. Sonda  Şahnaz Dadaşova   tədbir iştirakçılarını   Novruz  bayramı  münasibətilə  təbrik  etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi