"Reproduktiv Sağlamlıq"la bağlı geniş maarifləndirici söhbət aparıldı

Məktəbin biologiya müəllimləri Turan Məcidova və Sevil Cəfərova tərəfindən 6- cı sinif qızları arasında "Reproduktiv Sağlamlıq"la bağlı geniş maarifləndirici söhbət aparıldı.
Bütün yaş dövrlərində sağlam inkişaf etmələri üçün gigiyena qaydalarına və düzgün qidalanmalarına hər zaman diqqət etmələri tövsiyə olundu.
Şəxsi gigiyena qaydalarına əməl etmək hər birimiz üçün gündəlik vərdişə çevrilməlidir.Bu qaydaları yerinə yetirmək insanın özü üçün deyil, ətrafdakılar üçün də əhəmiyyətli dərəcədə vacibdir. Çünki gigiyena qaydalarına əməl etməyənlər bəzən yoluxucu xəstəliklərə tutulmaqla başqalarının da həyatını təhlükə qarşısında qoyurlar.
Sistemli sağlam qidalanma yetkinlik yaşında orqanizm üçün vacibdir. Qaydalara əməl etməklə sağlam gələcəyimizi unutmayaq!.