"İdman həftəliyi" mövzusunda inşa müsabiqəsi

Məktəbdə "İdman həftəliyi" çərçivəsində 4 mart 2022-ci il tarixində "Mübariz, iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq" mövzusunda inşa müsabiqəsi keçirilmişdir.
Müsabiqədə iştirak edən V-X sinif şagirdləri idmanın insan həyatındakı rolu , onun sağlam və iradəli olmasında , bədənin tərbiyəsində müstəsna əhəmiyyəti haqqında öz fikirlərini obrazlı şəkildə ifadə etdilər.