"İdman uşaqlarin gözü ilə" rəsm sərgisi keçirildi

03.03.2022- ci il tarixində Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin verdiyi əmrə əsasən İdman həftəsi ilə əlaqədar 1- 4 siniflər və 5-8 -ci sinif şagirdlərinin çəkdikləri "İdman uşaqların gözü ilə " Rəsm müsabiqəsi keçirildi. Müsabiqədə Xəzər rayon İdman və Gənclər İdarəsinin Rəisi Vüqar Əliyev 8 saylı uşaq və gənclərin yaradıcılıq mərkəzinin müəllimi Əfsanə Əzizova Direktor Akif Abdullayev dərs hissə müdiri Həmişəxanim Bayramova Tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova Təsviri incəsənət müəllimi Nisə Bayramova Psixoloq Samirə Rzayeva və Uşaq Birliyi Rəhbəri Sevda Əliyeva iştirak edirdi.Rəsm Sərgisində isdedasli şagirdlərin çəkdikləri rəsimlərə baxış keçirildi.Fərqlənən şagirdlər rəhbərlik tərəfindən rəgbətlənərək fəxri fərmanla təltif olunacaq.İdman həftəsində iştirak edən istedadlı,yaradıcı şagirdlərin aşkarlanması istiqamətində fəal iştirak edən sinif rəhbərləridə müdiriyyət tərəfindən rəğbətlənəcək.