Sağlam qidalanma ilə bağlı tədbir keçirildi

2 Mart idman həftəsi ilə əlaqədər olaraq müəllim İradə Azadəliyeva V – VIII ci siniflər ilə “Sağlam qidalanma” haqqında tədbir keçirdi. Bu tədbirdə şagirdlərə sağlam qidalanmanın vacibliyi və əhəmiyyəti çatdırıldı . Şagirdlərə hazır qidaların və konservantların insan orqanizmi üçün ziyanı və təhlükəsi barədə məlumat verildi. Həmçinin şagirdlərə qida rejiminin vacibliyi vurğulandı və gün ərzində üç dəfə sağlam qidalanmaq tövsiyə edildi. Meyvə tərəvəz və ağartı məhsullarının insan orqanizmi üçün faydaları və tərkibində olan vitaminlər barədə məlumat verildi. İnsan orqanizmində suyun əhəmmiyəti və faydaları həmçinin gün ərzində hansı miqdarda qəbul olunması vurğulandı. Şagirdlərin nə dərəcədə sağlam qidalanması və bu barədə nə qədər məlumatlı olması soruşuldu.