1 Mart Ümümdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirildi

Məktəbdə 1 Mart – Ümümdünya  Mülki Müdafiə Günü ilə əlaqədər keçirilən tədbirdə MM qərargahının rəisi Həmişəxanım Bayramova şagirdlərə təbii fəlakətlər haqqında geniş və ətraflı məlumat verməklə yanaşı, baş vermiş hadisələr zamanı hansı qaydalar çərçivəsində hərəkət etməyin vacibliyindən də danışdı. O bildirdi ki, ən təhlükəli fəlakətlər zamanı sığınacaqlardan istifadə etmək və bu zaman digərlərinə də yardım etməyi unutmamaq lazımdır. Qəzalar zamanı zədə alanlara ilkin tibbi yardım göstərilməlidir. İlk növbədə, azyaşlı uşaqlar, qocalar və qadınlar təxliyə olunmalıdılar. Tədbirdə iştirak edən ibtidai siniflər də təbii fəlakətlər barəsində məlumatlandırıldılar. Onlar baş verəcək təbii fəlakətlər zamanı ilkin görəcəkləri işlərdən danışdılar. Şagirdləri nararhat edən suallar müəllimlər tərəfindən tam ve ətraflı cavablandırıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi