“Göllər” mövzusunda açıq dərs

25.02.22-ci il tarixində coğrafiya müəllimi Fərid Abdinov tərəfindən 6a sinfində “Göllər” mövzusunda açıq dərs təşkil edilmişdir. İlk öncə Əhməd Cavadın “Göygöl” şeirindən bir bənd müəllim ərəfindən səsləndirilib,ardından göllər haqqında videoçarx nümayiş etdirildi. Şagirdlərdə təfəkkürün inkişafını formalaşdıracaq açıq tipli suallar verildi. Şagirdlər sualları ətraflı şəkildə cavablandırdıqdan sonra mövzu ətrafında tədqiqat işi aparılmış və mübadilə prosesi həyata keçirilmişdir. Şagirdlərə işçi vərəqləri paylanılmış, təqdimatlar dinlənilmişdir, dərs fizika və kimya fənlərinə inteqrasiya olunmuş, əyani vəsait və eksperiment vasitəsilə mənimsənilmişdir.