"Xocalım mənim" adlı silsilə tədbirlər keçirildi

1992-cı il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərində  Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişdir.Xocalı soyqırımı Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biridir.Xocalı faciəsi Xatın,Lidisa,Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir.200 ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin səhifəsidir.Soyqırım nəticəsində 613 nəfər vəhşicəsinə öldürülmüş 8 ailə tam məhv edilib,130 uşaq valideynlərindən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib,613 nəfər,o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. 1275 nəfər əsir götürülərək işgəncələrə məruz qalıb.

Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş tədbirdə bu faktları nəzərə çatdıran tarix müəllimi Şahnaz          Dadaşova çıxış üçün sözü şagirlərə vermişdir.Şagirdlər soyqırıma həsr olunmuş şeirləri və səhnəcikləri təqdim etmişlər.Tədbirdə Təlim Tərbiyə işləri üzrə direktor müavini Həməşəxanım Bayramova,təşkilatçı Elnarə Kərimova və psixoloq Samirə Rzayeva iştirak etmişlər.

44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində ermənilər üzərində tarixi qələbə çalmışlar.Soyqırım qurbanlarının qisası qiyamətə qalmadı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi