Səməd Vurğunun "Azərbaycan" şeiri mövzusunda açıq dərs

24.02.2022- ci il tarixində Şahnaz Həsənova müəllimə 3a sinfi ilə birgə Azərbaycan dilindən böyük şairimiz Səməd Vurğunun "Azərbaycan"neiri mövzusunda açıq dərs keçirdi. Məktəbin direktor müavini Tahirə Xanlarova , metodbirləşmə sədri Könül Mürsəlova və digər sinif müəllimləri dərsdə iştirak etmişdir. Müəllim rəngbərəng əyani vəsaitlərdən istifadə edərək, şagirdlərin dərsə marağını genişləndirdi. Videoçarxlardan istifadə olundu. Səməd Vurğunun yardıcılığı uşaqlarda böyük marağa səbəb oldu. Proqram materialı uşaqlara tam mənimsədildi.