Beynəlxalq Ana Dili Günü

21 fevral 2022-ci il tarixində IX-XI sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq Ana Dili Günü ilə bağlı "dəyirmi masa" keçirildi. IX sinif şagirdi Selcan Allahverdizadə tərəfindən hazırlanmış videoslayd göstərildi.Şagirdimiz ana dilimizin tarixi haqqında danışdı.Digər şagirdimiz Rəhim Qurbanov isə Ulu öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" və Azərbaycan Dili Gününün təsis olunması ilə bağlı məlumat verdi.Bu, böyük şəxsiyyətin Ana dilini milli dəyər səviyyəsinə qaldırması və onun bu sahədə göstərdiyi əvəzolunmaz işləri diqqətə çatdırdı.
Çıxış edən Rzaqulu müəllim bildirdi ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə,milli dövlətçilik tarixinin qızıl səhifəsidir.Bu məqam millətin millət olaraq təsdiqidir.
Şagirdlərimiz dilimizin saflığını, gözəlləyini tərənnüm edən şeirlər söylədilər. Sonda bildirildi ki, hər birimiz vətənimizi sevdiyimiz kimi, onun dilini də sevməli və qorumalıyıq.Bu hər birimizin müqəddəs borcu və vəzifəsidir.